Azərbaycanda kurikulum sistemi ləğv edilir? – EKSPERT AÇIQLADIbackend

Azərbaycanda kurikulum sistemi ləğv edilir? – EKSPERT AÇIQLADI

Bu günlərdə Təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nı təsdiqləyib. Nazirin bu barədə imzaladığı Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.Təhsil İnstitutuna (Rüfət Əzizov) “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşılıb.

Bəs görəsən, bu qərar təhsil sistemində hansı yeniliklərə gətirib çıxaracaq?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Namiq Məmmədov bildirib ki, bu qərar ümumilikdə kurikulum sistemin ləğvi demək deyil:

“Məktəbəqədər təhsil proqramında kurikulum sisteminin təkmilləşməsi ilə bağlı işlər aparılacaq. Müasir təhsildən danışırıqsa, kurikulum mütləq olmalıdır. Qərarda əsas məsələ məktəbəqdər müəssisələrdə yeni kuriklumun yazılmasıdır. Lakin cəmiyyətdə bu qərar birmənalı anlaşılmayıb. Bir çoxları elə bilir ki, kurikulum sistemi tamamilə ləğv edilib. Əslində bu, belə deyil”.

Ekspertin fikrincə, kurikulum sistemi daimi olaraq təkmilləşdirilməlidir:

“Yəqin ki, bu işlərin görülməsi üçün işçi qrupu müəyyən ediləcək. Yeni layihəyə hansı məsələlərin daxil olacağına onlar qərar verəcək. Təhsilin davamlılığını nəzərə alsaq, yuxarı siniflərdə kurikulum sistemi artıq yenilənib. Lakin aşağı siniflərdə köhnə kurikulum sistemi tətbiq olunur. Belə bir addımın atılmasında əsas məqsəd bu problemi həll etməkdir. Kurikulum təhsilin bütün strukturunu əhatə edir. Bu sistem daimi olaraq təkmiləşdirilməlidir ki, vacib problemlər öz həllini tapsın”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*