Qəzada ölən şəxs 4-cü kurs tələbəsidir – FOTO / YENİLƏNİBbackend

Qəzada ölən şəxs 4-cü kurs tələbəsidir - FOTO / YENİLƏNİB

Xəbər verdiyimiz kimi, paytaxtın Nəsimi rayonu Ceyhun Səlimov küçəsi ilə A.Salamzadə küçələrinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəzada ölən şəxs Azərbaycan Texniki Universitetinin Energetika və avtomatika fakültəsinin IV kurs tələbəsi Pərvin Cəfərovdur.

KONKRET.az onun fotosunu təqdim edir:

10:42

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Atakişiyev Hümmət Baba oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobil Nəsimi rayonu Ceyhun Səlimov küçəsi ilə A.Salamzadə küçələrinin kəsişməsində İsmayılov Hüseyn Əli oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə “Lada Priora” markalı avtomobildə olan 2002-ci təvəllüdlü sərnişin Cəfərov Pərvin Pərviz oğlu ölüb. Avtomobildəki digər sərnişinlər – Sadıqov Elmin İlham oğlu və Heydərli Fərid Xaliq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*