Bakıdakı dəhşətli qəzada ölən qızın FOTOSUbackend

Bakıdakı dəhşətli qəzada ölən qızın FOTOSU

Dünən səhər saatlarında Yasamalda – Bakı dairəvi avtomobil yolunda baş vermiş dəhşətli yol qəzasında faciəvi şəkildə həlak olan 1991-ci il təvəllüdlü Səbinə Məhərrəmovanın fotosu əldə edilib.

KONKRET.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən “KİA” markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlu və sərnişini Özbəkistan vətəndaşı Səbinə Məhərrəmova Dilovar qızı iş yoldaşı olublar. Onlar səhər saatlarında işlədikləri “Sədərək” ticarət mərkəzinə birgə yola düşüblər. Lakin dairəvi yolda N.Seyidov avtomobili çox sürətlə idarə edərək təhlükəli manevrlər edib. Nəticədə avtomobil idarəetmədən çıxaraq yolun ortasındakı metal arakəsmələrə çırpılaraq aşıb.

N.Seyidov hadisə zamanı təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün sağ qalsa da, Səbinə həlak olub. O, zərbənin təsirindən avtomobilin ön şüşəsinə çırpılaraq maşından çıxıb və yolun hərəkət hissəsinə düşərək dünyasını dəyişib.

Bildirilir ki, qəzada vəfat edən Özbəkistan vətəndaşı xeyli vaxt imiş Azərbaycanda yaşayırmış. Burada ailə quran Səbinə Məhərrəmovanın 2 azyaşlı övladı qalıb.//Milli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*