Bayden ABŞ-dakı inflyasiyaya görə Putini günahlandırarkən quş üstünü batırdı – ANBAAN VİDEObackend

Bayden ABŞ-dakı inflyasiyaya görə Putini günahlandırarkən quş üstünü batırdı - ANBAAN VİDEO

ABŞ Prezidenti Cozef Baydenin Ayova ştatındakı çıxışı zamanı maraqlı hadisə baş verib.

KONKRET.az New York Post-a istinadən xəbər verir ki, ABŞ lideri ölkədəki inflyasiya səviyyəsindən və Rusiyanın Ukraynaya müdaxiləsindən bəhs edərkən bir quş onun kostyumunu batırıb. Bayden buna əhəmiyyət verməyərək çıxışına davam edib.

Bayden çıxışında ABŞ-dakı 8,5 faizlik inflyasiyanın səbəbini Putinin Ukraynaya müdaxiləsi ilə əlaqələndirib.

Lakin bu hadisə sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib. İstifadəçilər hətta quşun da Baydenin danışığını bəyənmədiyini qeyd ediblər:

“Baydenin danışdıqlarını hətta quşlar da bəyənmədilər. ABŞ-da inflyasiyanın yüksəlişini öz fəaliyyəti ilə yox, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə əlaqələndirən Baydenin 25 dəqiqəlik çıxışı zamanı qanadlı tamaşaçı onun mavi kostyumunu batırdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*