Belə getsə, hindlilərlə qonşu olacağıq – Hindistandan Ermənistana miqrasiya getdikcə artırbackend

Belə getsə, hindlilərlə qonşu olacağıq – Hindistandan Ermənistana miqrasiya getdikcə artır

“Hindistandan miqrasiya axınları dövlət səviyyəsində nə İrəvan, nə də Dehli tərəfindən idarə olunmur”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan İşəgötürənlər İttifaqının sədri Qaqik Makaryan deyib.

O izah edib ki, bunu vaxtilə Ermənistanda yaşamış, vaxtilə burada əlaqə yaradan və “prorab” işi ilə məşğul olan qruplar həyata keçirir.

Onun sözlərinə görə, Ermənistanda işə düzəlmək və ev axtarmaq müqabilində hindlilərdən pul alırlar.

“Ermənistanda iş imkanları haqqında məlumat Hindistanda çox sürətlə yayılır və bu da əlavə marağa səbəb olur. Bəzi hindlilər hətta müvəqqəti iş üçün yox, Ermənistanda qalmağı da düşünürlər”, – ekspert qeyd edib.

Makaryanın sözlərinə görə, bütün 2023-cü il ərzində hindlilərin miqrasiya axını (gələnlərin və gedənlərin sayı) 65 min nəfər təşkil edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*