Bərdədə 3 azyaşlı piyadanı maşın vurdu – FOTObackend

Bərdədə 3 azyaşlı piyadanı maşın vurdu - FOTO

Bərdədə yolu keçmək istəyən 3 azyaşlını maşın vurub.

KONKRET.az-ın xəbərinə görə, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Kənd sakinləri 7 yaşlı Səfərov Vəli Füzuli oğlu, 14 yaşlı Səfərova Leyla Füzuli qızı və 6 yaşlı Məmmədov Ümüd Şakir oğlu yolu keçmək istəyən zaman onları Moskviç markalı minik avtomobili vurub.

Qəza nəticəsində hər 3 yaralı hadisə yerinə cəlb olunan təcili tibbi yardım maşını ilə Bərdə rayon Diaqnostika mərkəzinə çatdırılıblar.

Vəziyyətləri orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bərdədə 3 azyaşlını maşın vurub - FOTO

Bərdədə 3 azyaşlını maşın vurub - FOTO

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*