Beyons Kaliforniyanın ən bahalı malikanəsini ALDI – FOTObackend

Beyons Kaliforniyanın ən bahalı malikanəsini ALDI - FOTO

Dünya şöhrətli müğənni Beyons və əri Cey Zi 200 milyon dollara Kaliforniyanın ən bahalı malikanəsini alıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Kaliforniyada indiyə qədər satılan ən bahalı əmlakdır.

Qeyd olunub ki, dəbdəbəli evin layihəsi məşhur yapon memarı Tadao Ando tərəfindən hazırlanıb.

Məlumata görə, ev əvvəlcə 295 milyon dollara satışa çıxarılsa da, cütlük sərfəli qiymətə sövdələşmə edib.

Bildirilib ki, tikintisinə 15 il vaxt sərf edilən malikanə tanınmış incəsənət kolleksiyaçısı Uilyam Bellə məxsus olub.

Qeyd edək ki, 2008-ci ildə evləndikdən sonra Beyons və Cey Zi bir neçə mülkə sərmayə qoyub. Belə ki, ulduz cütlüyün Bel Air-də 88 milyon dollar dəyərində malikanəsi var.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от 𝔾𝕠𝕥 ℕ𝕚𝕔𝕖 𝕊𝕥𝕪𝕝𝕖 (@gotnicestyle)

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*