Bir xəyanətin TARİXİ – O hələ də bununla qürur duyurbackend

Bir xəyanətin TARİXİ - O hələ də bununla qürur duyur

1976-cı il sentyabrın 6-da keçmiş SSRi-də baş verən hadisə uzun müddət ictimaiyyətə açıqlanmadı. Söhbət Sovet pilotu Viktor Belenkonun ABŞ-a qaçmasından gedir.  “SSRİ-nin 1 nömrəli xaini” adlandırılan Belenko həmin gün uçuş məşqlərini yerinə yetirmək üçün havaya qalxıb. Bir müddət sonra radarlardan itən təyyarənin Yaponiyaya qaçırıldığı məlum olub. Həmin gün pilot Yaponiyanın Hadokate aerodromuna eniş edib. Daha sonra Viktor Belenko ABŞ səlahiyyətlilərinə təhvil verilib. Belenko Sovet vətəndaşlığından və SSRİ-dəki bütün imtiyazlardan imtina edərək Amerikaya qaçmaq arzusunda olduğunu bildirb.

Изучение самолёта

SSRİ-yə xəyanətin səbəbləri

Belenko SSRİ-nin ən yaxşı pilotlarından biri hesab olunub. Amma nədənsə ölkənin siyasi vəziyyəti təyyarəçini qane etməyib. Sovet sistemindən narazı qalan pilotu həm də SSRİ Hərbi Hava Qüvvələrindəki vəziyyət razı salmayıb. Sistem ciddi iyerarxiya, eləcə də qeyd-şərtsiz tabeçilik üzərində qurulduğundan Belenko SSRİ-dən qaçmağı planlaşdırır.

Tez özündən çıxan Viktor Belenko öz fikirlərini azad ifadə etmək üçün tribuna istəyirdi. Buna görə yoldaşları onu dəfələrlə məzəmmət etmişdilər. O, bütün günü okeanın o tayında yaşamağın xəyallarını qururdu. Bir neçə dəfə  aviasiyanın inkişafı ilə bağlı təşəbbüs irəli sürsə də, rəhbərlik istehza ilə onu rədd etmişdi. Artıq Belenko arzusunu reallaşdırmaq üçün məqam gözləyirdi.

Onun SSRİ-dən qaçmaq niyyəti qəti idi. Amma planlarını həyata keçirmək üçün ona yalnız sürətli, müasir, yanacaq çəni tam dolu olan “MiQ-25” təyyarəsi lazım idi. Tezliklə pilot istəyinə nail oldu.

Pul və tanınma arzusu

Vətəninə xəyanət edən, ailəsini atıb SSRİ-nin əbədi düşmənlərindən birinə – ABŞ-a qaçan sovet pilotunun əsl niyyətini başa düşmək asan deyildi. Belenkonun dediyinə görə, o, sovet hakimiyyətinin idarəçilik metodundan narazı olub. Amma onun yaxınları və həmkarları Belenkodan fərqli düşünüblər. SSRİ-də pilotların maaşları həmişə yüksək olub. Hələ  imtiyazlarını da nəzərə alsaq, onlar zəngin həyat sürüblər. Pilotlar pulsuz mənzillə təmin ediliblər, ən bahalı kurortlardan istifadə ediblər. Üstəlik tez pensiyaya çıxmaq və artan müavinətlərdən də yararlanıblar. Amma Viktor Belenko kimi narazı adamlar daha çoxunu istəyirdi.

Belenkoya yaxın pilotlardan biri deyirmiş ki, Viktor bir dəfə onunla əcnəbilərin maraqlandığını bildirib. Xarici həmkarları Belenkoya “MiQ-25”-in dizaynı barədə suallar verirmişlər. Daha sonra isə pilot dostuna bildirib ki, onlar yeni sovet qırıcılarının imkanlarını müzakirə ediblər.

Həmin dövrdə SSRİ öz aviasiyasının sirlərini “arzuolunmaz” ölkələrdən gizlətmək üçün bu sahənin işini tam məxvi saxlayırdı.

Belenkoyla söhbət edən onun xarici həmkarı pilota “Sovet aviasiyasının möcüzəsi” üçün yüz minlərlə dollar ödəyəcəkləri barədə vəd verib. Viktor bu sözləri əvvəlcə ciddi qəbul etməsə də, sonradan fikrini dəyişib. Daha doğrusu, ABŞ kəşfiyyatı pilotu ələ ala bilib. Belenkonun pilot yoldaşları son vaxtlar onun davranışındakı qəribəliklərdən narahat olmağa başlayıblar. Dostları danışırmış ki, Belenko tez-tez əsəbiləşir, özündən çıxırmış. Çünki o, artıq SSRİ-nin ən son aviasiya texnologiyasını ABŞ-a qaçırtmaq və özünün rahat yaşayışını təmin etmək planı hazırlayırmış.

Viktor Belenko planını rahatlıqla həyata keçirib. Yaponiya ərazisinə endikdən sonra pilot könüllü təslim olub. Belenko “MiQ-25”-i Yaponiya tərəfinin öyrənməsi üçün gətirdiyini, lakin onu Amerika səfirliyinə təhvil verilməsini xahiş edib. Bu “hədiyyə” yaponlar üçün sözün əsl mənasında göydən düşmə olub. ABŞ səfirliyinə təhvil verilən Viktor Amerikaya aparılıb və onun “xidmətləri” yüksək qiymətləndirilib. ABŞ-da onu “özlərindən biri kimi” qəbul ediblər.

Belenko ABŞ-da sovet aviasiyasının bütün sirlərini açıb. O, SSRİ Hərbi Hava Qüvvələrinin texnologiyaları barədə amerikalılarla uzun müddət əməkdaşlıq edib.

Belenkoya dərhal Amerika vətəndaşlığı verilib. Viktor Belenko qərarından heç vaxt peşman olmayıb. Sovet aviasiyasının bütün sirlərini ABŞ-a “gümüş nimçə”də gətirən Belenkoya ABŞ-da xüsusi qayğı ilə yanaşıblar.

Виктор Беленко

Keçmiş sovet pilotu hamıya və hər şeyə xəyanət edib. O, indi ABŞ-da yaşayır, daim qaçması və amerikalılara necə kömək etməsi ilə öyünür.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*