Bu gün vəfat edən diplomat nazir müavininin qardaşı imiş – FOTObackend

Bu gün vəfat edən diplomat nazir müavininin qardaşı imiş - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, mərhum səfir Elm və Təhsil Nazirinin müavini Firudin İsa oğlu Qurbanovun qardaşıdır. Onlar Ağsu rayonunda dünyaya gəliblər.

Qeyd edək ki, Fəxrəddin Qurbanov Kanada, Xorvatiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfir kimi (eyni zamanda Danimarka, İslandiya və İrlandiya Respublikasında akkreditə olunmuş) çalışıb. O, 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və Əmək Fəaliyyətinə görə medal ilə təltif edilib, Avrasiya üzrə İlin Diplomatı seçilib, London şəhərinin Fəxri vətəndaşıdır. Firudin Qurbanov isə 2014-cü ildən Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müavinidir.

undefined
Manset.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*