Qroznı mehmanxanasında moskvalı jurnalist Yelena Milaşina və vəkil Marina Dubrovinaya qarşı hücum planlaşdırılmış təxribat olub.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu informasiyanı Çeçenistanda İnsan Hüquqları üzrə Müvəkkil Nurdi Nuxajiyev yayıb.
O, hadisəni xoşagəlməz adlandırıb.
Nuxajiyev baş vermiş hücumun “Çeçen Respublikasının imicinə zərər vurmaq” məqsədi daşıdığını və bunun təxribat olduğunu əminliklə ifadə edib.
Nuxajiyev həmçinin belə “tamaşaları”, “çox yaxşı” təşkil edən “quruluşçu rejissorlar”ın hər şeyi planlaşdırdığını da ehtimal edib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları “günahkarları cəzalandıracaqlar”.
Babək Göyüş
KONKRET.az
