Cəlilabadda külək və leysan əkin sahələrinə ziyan vurdu – FOTOLARbackend

Cəlilabadda külək və leysan əkin sahələrinə ziyan vurdu - FOTOLAR

Aprelin 21-də güclü külək və leysan Cəlilabad rayonunda kənd təsərrüfatına ciddi ziyan vurub.

KONKRET.az xəbər verir ki, bu barədə fermerlər məlumat verib.

Qeyri-sabit hava şəraiti nəticəsində daha çox rayonda kartof əkilən Kazımabad, Maşlıq, Təklə və digər kəndlərdəki sahələrə ziyan dəyib.

Fermerlərin sözlərinə görə, sahələrin 50 faizi məhv olub:

“Bu sahələrin özünə gəlməsi üçün azı on-on beş gün vaxt lazımdır. Kartof yığımı 10-15 gün gecikəcək, eləcə də məhsuldarlıq 50 faiz aşağı düşüb”.

Qeyd edək ki, bu il Cəlilabad rayonunda 5 min hektar sahədə kartof əkilib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*