Dövlət Komitəsinin saytında məlumat niyə rus dilində təqdim edilir? – FOTObackend

Dövlət Komitəsinin saytında məlumat niyə rus dilində təqdim edilir? - FOTO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəsmi internet saytının tikinti bölməsində “tikinti üçün layihə sənədləri sisteminin standartları” kateqoriyasında Azərbaycan dilini seçən zaman qanunvericilikdə nəzərdə tutulan dövlət standartlarının rus dilində təqdim olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

KONKRET.az-ın məlumatına görə, Komitədən bildirilib ki, Nazirlər Kabinetinin 2008-ci il 18 sentyabr tarixli 217 nömrəli Qərarına əsasən, respublika ərazisində qüvvəyə minmiş və milli normativ sənədlərlə əvəz edilməsi başa çatdırılmamış dövlətlərarası və ya qüvvədə saxlanılmış tikinti normativ sənədlərinə (həmin sənədlər yeni milli normativ sənədlərlə əvəz edilənədək) tərcümə edilmədən istinad edilməsinə yol verilir.

“Bu sənədlər komitənin rəsmi internet səhifələrində yerləşdirilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet səhifəsinin əlaqə bölməsində yerləşdirilmiş məlumata gəlincə isə “Google Maps” tətbiqi buradakı xəritəyə inteqrasiya edilib. Bu tətbiqi “Google” şirkəti hazırladığına və idarəedilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid olmadığına görə Komitə tərəfindən məlumatlara müdaxilə edilməsi mümkün deyil”, – deyə qurum rəsmisi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*