Aviaşirkətlə tanışlıq onun stüardessalarının görünüşü ilə başlayır. Səmanın gülərüz pəriləri hər zaman təkcə təbəssümləri ilə deyil, həm də üslubları ilə sərnişinlərin diqqətini çəkir.
KONKRET.az dünyanın ən gözəl stüardessa formalarını təqdim edir:

Vueling Airlines
Minimalist, rahat və zərif. İspaniyanın aşağı büdcəli aviaşirkətinin formasını belə təsvir etmək olar.

Delta
Amerikalı modelyer Zak Posen bu aviaşirkətin işçiləri üçün bənövşəyi, qırmızı və boz çalarları seçib.

China Eastern
Bu Çin aviaşirkətinin imicini Dizayner Kristian Lakroixin yaradıb. Naxışlı şərflər və minimalist parlaq qayışlar xüsusilə zərif görünür.

Hainan Airlines
Dizayner Lorenz Syu tərəfindən hazırlanan bu Çin aviaşirkətinin yeni forması Parisdə keçirilən Moda Həftəsində nümayiş olunub.

Sky Airlines
Ukrayna aviaşirkətinin stüardessaları mükəmməl tikilmiş narıncı kostyumları ilə həmkarlarından fərqlənir.

Qantas
Dizayner Martin Qrant Avstraliya aviadaşıyıcısı üçün stüardessaların formalarına şirkətin simvolu olan kenquru həkk edib.

Singapore Airlines
Fransız dizayner Pyer Balmenin 1968-ci ildə yaratdığı Sinqapurlu stüardessaların forması hələ də aktual görünür.

Akasa Air
Hindistan aviaşirkətinin işçiləri cəlbedici narıncı geyimləri ilə diqqət cəlb edir.
İqbal Rzayev,
KONKRET.az
