Dünyanın ən hündür zirvəsini fəth edən ilk azərbaycanlı qadın – FOTObackend

Dünyanın ən hündür zirvəsini fəth edən ilk azərbaycanlı qadın – FOTO

Ukrayna vətəndaşı Elmira Aslanova dünyanın ən yüksək zirvəsini – Everesti (8849 m) fəth edən ilk azərbaycanlı qadın olub.

KONKRET.az xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində paylaşıb.

“Everest – arzular gerçəkləşməlidir! Uzun müddətdir ona doğru getdiyim, çılğın və qeyri-real hesab edərək dəfələrlə ertələdiyim bir arzu.

Amma Everest məni rahat buraxmırdı… Və nəhayət, 19 may 2023-cü ildə dünyanın ən hündür zirvəsinə qalxmağı bacardım. Bununla da Everestin zirvəsinə qalxmağı bacaran ilk azərbaycanlı qadın oldum ki, bununla da fəxr edirəm və çox xoşbəxtəm. Bu səhər mən hələ də Everestdəki bazanın düşərgəsində idim və hazırda Katmandudayam. Hər dəqiqə bunun həqiqət olduğunu daha çox dərk edirəm, baxmayaraq ki, sona qədər bütün bunları yaşaya bildiyimə hələ də inana bilmirəm.

Daha sonra bir aya yaxın davam edən ekspedisiya ilə bağlı bütün emosiyalarımı və hekayələrimi məmnuniyyətlə bölüşərəm. Bu gün isə sadəcə olaraq bu xəbəri sizinlə bölüşmək istəyirəm ki, siz də mənimlə sevinəsiniz”, – E.Aslanova yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*