Bu il xarici mütəxəssislər üçün ən bahalı şəhərlər Honkonq, Sinqapur və Sürix olub.
KONKRET.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
“Mercer” konsaltinq firmasının araşdırmasına görə, Honkonq ardıcıl ikinci ildir ki, reytinq cədvəlinə başçılıq edir.
İlk onluqda ən çox yeri İsveçrə şəhərləri tutub: Sürixdən başqa, bura Cenevrə (4-cü), Bazel (5-ci) və Bern (7-ci) də daxildir.
Belə ki, Nyu-York altıncı sırada, Tel-Əviv, Kopenhagen və Baham adalarının paytaxtı Nassau isə ilk onluğu tamamlayıb.
Reytinqin müəllifləri əcnəbilər üçün ən ucuz şəhərlər sırasında Daşkənd, Ankara, Düşənbə, Bişkek və Havananın adını çəkiblər.
Ən ucuz şəhərlər:
Eyni zamanda, İslamabad əcnəbi işçilər üçün ən ucuz iş yerinə çevrilib və 227-ci yeri tutub.
Qəzetin yazdığına görə, ekspertlər reytinq tərtib edərkən hər bir şəhərdə icarəyə verilən əmlak, nəqliyyat, qida, geyim, məişət əşyaları, kommunal və tibbi xidmətlər, əyləncə, alkoqol, tütün məmulatlarının qiymətlərini nəzərə alıblar.
Ən bahalı şəhərlər:
İqbal Rzayev,
KONKRET.az
