Əfqanıstanın paytaxtı Kabilin qərbində məktəb və kursa bombalı hücumlar həyata keçirilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran verdiyi açıqlamasında bildirib.
Açıqlamada Kabilin qərbindəki 3 bombalı hücumda şiələrin hədəf alındığını vurğulanıb. Hadisə şahidləri hücumlarda həyatını itirən və yaralananların olduğunu qeyd edib.
Hücumların baş verdiyi əraziyə gedən bütün küçələr nəqliyyatın hərəkətinə bağlanıb.
İqbal Rzayev,
KONKRET.az
