Ən böyük bayrağımızın dirəyi hazırdır – FOTOLARbackend

Ən böyük bayrağımızın dirəyi hazırdır – FOTOLAR

Dövlət Bayrağı Meydanında ucaldılacaq Azərbaycan Bayrağının yeni dirəyi artıq hazırdır.

KONKRET.az xəbər verir ki, daha möhkəm materialdan hazırlanmış yeni dirək hissələr halında meydan ərazisinə gətirilib. Yaxın günlərdə dirəyin ucaldılacağı gözlənilir.

Qeyd edək ki, 2009-cu ildə Dövlət Bayrağı Meydanının açılış mərasimi keçirilib. Əvvəlki dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metr, qurğunun ümumi kütləsi 220 ton idi. Bayrağın kütləsi isə təqribən 350 kiloqram təşkil edirdi.

Yeni dirəyin hündürlüyü haqda hələlik hər hansı məlumat yoxdur.

2018-ci ildə Bayraq meydanın sökülməsi prosesi başlayıb və təmir, yenidənqurma işləri bu günə qədər davam edir.//Yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*