“Ermənistanda hərbi xidmət keçmək istəməyənlərin sayı hər il artır” – Sarkisyanbackend

"Ermənistanda hərbi xidmət keçmək istəməyənlərin sayı hər il artır" - Sarkisyan

“10-a yaxın Ermənistan vətəndaşı artıq 15 milyon dram ödəyərək məcburi hərbi xidmət keçməyəcək”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin “Vətəndaş sazişi” fraksiyasının deputatı Hayk Sarkisyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

“Yaxın vaxtlarda xaricdə olub hərbi xidmət keçməyən və bunun əvəzinə pul ödəyən vətəndaşlara qarşı cinayət işlərinə xitam veriləcək və onlar yeni Ermənistan pasportları alacaqlar”, – deyə Hayk Sarkisyan bildirib.

Onun sözlərinə görə, vətəndaşların geri qayıtması, onların hava limanından İstintaq Komitəsinə aparılması, orada ərizə verməsi, həbs edilməməsi, lakin cinayət işi başlanana qədər şəhəri tərk etməmələri barədə razılıq alınması halları olub.

Hayk Sarkisyanın hesablamalarına görə, bir il ərzində 500-600 min vətəndaş qanunun imkanlarından istifadə edə bilər.

Bu isə o deməkdir ki, Ermənistanda hərbi xidmət keçmək istəməyənlərin sayı ilbəil artacaq.

Ariz Həsənoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*