“Ermənistan Respublikası Milli Assambleyasının hakim fraksiyasının bir qrup deputatı var ki, onlar sanki qumar oyunları ilə mübarizə çərçivəsində hər sessiyaya müxtəlif qanunlar çıxarırlar, lakin ölkəmizdə qumar oyunlarının sayı artmaqda davam edir. İş o yerə çatıb ki, reklam və qumar ehtimalı insanların evlərinə televizor ekranlarından daxil olub”.
KONKRET.az xəbər verir ki, ölkənin ən oxunaqlı nəşrlərindən sayılan “Joqovurd” erməni cəmiyyətini silkələyən araşdırma yazı ilə çıxış edib.
“Joqovurd” yazır ki, əksər erməni ailələrində qumar oyunları təbliğ olunur. Ən maraqlısı isə odur ki, bu oyunları Nikol Paşinyanın himayəsində alan “Vivaro” şirkəti təklif edir.
Qəzet daha sonra qeyd edir: “Pultdan istifadə edərək, televizorda təklif olunan proqramlar bölməsinə daxil oluruq, aşağıya, sonra sağa, “Vivaro” tərəfindən təklif olunan pəncərəyə klikləyirik, oyunlar açılır. Konkret olaraq, “Poker”i aktyor Ovhannes Azoyan təklif edir. İstənilən televizorda pultla uduşlu oyunları evdən necə əldə etmək mümkün olduğunu görə bilərsiniz.
Hakim “Mülki Müqavilə” partiyasından olan deputat Hraçya Akopyan parlamentin kürsüsündən məsləhət görürdü ki, internetdə nəsə öyrənməklə, kitab oxumaqla istifadə edə bilərsiniz. Evdə isə televizordan kazino oynamaqdan çəkinin.
Parlamentin spikeri Alen Simonyan xəbər saytlarında uduşlu oyunların reklamının qadağan olunmasını qumarla mübarizənin uğurlu həlli kimi dəyərləndirmişdi.
Deputat Gevorq Papoyan da öz növbəində uduşlu oyunların, onlayn kazinonun adına bağlı və ya oxşar olan KİV-in adının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini də parlamentə təqdim edib. Ola bilsin ki, o qanun hələ işləmir. Amma “Vivaro” adlı telekanal hələ də mövcuddur.
Bu arada Gevorq Papoyan vurğulamaqda davam edir ki, saytlarda uduşlu oyunların reklamına qadağa qoyulması birbaşa baş nazirin tapşırığıdır.
Ancaq reallıqda başqa mənzərə var. Milli Assambleyanın qəbul etdiyi müxtəlif məhdudiyyətlərdən sonra Ermənistanda qumar oyunlarının həcmi azalmayıb, əksinə, kəskin şəkildə artıb.
Gəlin rəqəmlərlə danışaq. 2017-ci ildə Ermənistanda mərc oyunlarına 138,5 milyard dram xərclənibsə, 2018-ci ildə bu rəqəm 333,6 milyard dram-a yüksəlib. Bu göstərici 2019-cu ildə 1 trilyon, 2020-ci ildə təxminən 2 trilyon dram həddini keçib. Rəqəmlər 2021-ci ildə trilyon dramdan çox olub. 2022-ci ilin yanvarından noyabr ayına qədər olan 9 ayda Ermənistanda 5,3 trilyon dram mərc oyunlarına vəsait xərclənib.
Bu, tarixi rekord rəqəmdir və inqilabi komandanın qumara qarşı həvəskar mübarizəsisinin əsas göstəricisidir”.
Natiq Səlim,
KONKRET.az