“Əş-Şəbab” Somali parlamentinə HÜCUM ETDİbackend

"Əş-Şəbab" Somali parlamentinə HÜCUM ETDİ

Somali parlamentinə “Əş-Şəbab” terror təşkilatı tərəfindən minaatan hücumu həyata keçirilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, millət vəkilləri parlamentdə bir araya gələn zamanı binanın yaxınlığına minaatan mərmiləri düşüb.

Bildirilib ki, hücum zamanı çoxlu sayda insan yüngül xəsarət alıb. Xəsarət alanlar arasında deputatların olmadığı qeyd edilib.

Rəsmilər aprelin 26-da Senatın, aprelin 27-də isə Xalq Məclisinin prezidenti seçmək üçün səsvermə keçirəcəyini bildirib.

Digər tərəfdən BMT-nin Somaliyə Yardım Missiyası minaatan hücumunu pisləyən bəyanatla çıxış edib və Somali xalqının yanında olduqlarını açıqlayıb.

Qeyd edək ki, may ayında Somalidə parlamentarilərin prezident üçün səs verməsi gözlənilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*