Finlandiya və İsveç liderləri NATO-ya üzvlüyü müzakirə edəcəkbackend

Finlandiya və İsveç liderləri NATO-ya üzvlüyü müzakirə edəcək

Finlandiya və İsveç liderləri NATO-ya üzvlüklə bağlı birgə mətbuat konfransı keçirəcək.

KONKRET.az xəbər verir ki, bu gün Finlandiyanın Baş naziri Sanna Marin və İsveçin Baş naziri Maqdalena Anderson Rusiyanın Ukraynaya müdaxiləsindən sonra regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Stokholmda görüşür.

Bu gün həm də Finlandiya əməkdaşlıq etdiyi NATO-ya qoşulmaq üçün ərizə ilə müraciəti barədə hökumət daxilində müzakirələrə başlayacaq.

NATO-ya üzv olmayan İsveçdə də Rusiyanın qonşusu Ukraynaya qarşı müharibəsi narahatlığa səbəb olub, ölkənin hərbi bloklara qoşulmaması məsələsi ilə bağlı siyasi mövqe ortaya çıxıb.

Bu gün İsveçin SVD qəzeti məlumat yayıb ki, ölkə NATO-ya üzv olmaq üçün iyunda müraciət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*