Xalq artisti Firəngiz Mütəllimova bir neçə gün əvvəl vəfat edən qardaşı İlhamla bağlı paylaşım edib.
KONKRET.az xəbər verir ki, sənətçi sosial şəbəklədə birlikdə çəkilən fotolarını paylaşaraq bunları yazıb:
“Canım qardaşım, məkanın cənnət olsun. Nurlar içində yat. Səni bütün varlığımla hiss edirəm. Son nəfəsimə kimi belə olacaq”.
Qeyd edək ki, aktrisanın qardaşı ürək xəstəliyindən əziyyət çəkirdi.


