“Getməlidir, vəssalam” – Baydenin yıxılması yeni tənqid üçün SƏBƏB OLDU – FOTObackend

"Getməlidir, vəssalam" - Baydenin yıxılması yeni tənqid üçün SƏBƏB OLDU - FOTO

Baydenin yıxılması yeni tənqid üçün səbəb olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının aparıcısı Brayan Kilmade açıqlama verib. O qeyd edib ki, tənqidlərə səbəb bir neçə gün öncə Baydenin daha bir təyyarənin pilləkənlərində yıxılması hadisəsidir.

“ABŞ-ın hazırkı prezidenti Co Bayden son 2 ildə apardığı daxili və xarici siyasətə görə vəzifəsindən uzaqlaşdırılmalıdır.

“Bu günlərin əsas mövzusu onun yıxılması oldu və prezidentimiz bunu ən yaxşı şəkildə göstərdi.

Onu demək istəyirəm ki, ona gülməsinlər. Bu mənə lazım deyil. Mən bunu məcburən göstərirəm. Çünki onun yıxılması düşündüyünüzdən daha dərin simvolik məna daşıyır”, – Brayan Kilmade deyib.

O qeyd edib ki, Baydenin daim təyyarənin pilləkənində yıxılması onun prezidentliyi dövründə ABŞ-da işlərin necə getdiyini simvolizə edir. Elə buna görə də aparıcı hazırkı prezidentin iş qabiliyyəti ilə bağlı ritorik sual verib.

Teleaparıcı onu da qeyd edib ki, ABŞ Prezidenti daxili işləri unudaraq təkcə xarici siyasətə diqqət yetirməməlidir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*