Hacı Şahinin məzarı ziyarətgahlar siyahısında – Turun təşkilatçısı DANIŞDIbackend

Hacı Şahinin məzarı ziyarətgahlar siyahısında - Turun təşkilatçısı DANIŞDI

Sosial şəbəkələrdə Bakı daxilində müqəddəs hesab edilən yerlərə ziyarət təşkil edən tur şirkətinin paylaşımı diqqət çəkib.

Belə ki, siyahıda mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin məzarı ilk ziyarət yeri kimi göstərilib.

KONKRET.az xəbər  verir ki, özünü təşkilatçılardan biri kimi təqdim edən Sədaqət adlı xanım məsələ ilə bağlı Globalinfo.az-a bildirib ki, bunu insanların müraciətləri əsasında qərarlaşdırıblar:

“Bizdə əsasən Bakı daxilində olan ziyarətlər həyata keçirilir. Artıq özümüzə borc bilirik ki, bizi dini baxımdan yetim qoyan hacının da qəbrini ziyarət edək.

Onun şəxsiyyətinə böyük hörmətimiz var. Bunun üçün əlavə ödəniş də tələb edilmir, qiymət də eyni saxlanılır. Bəzi insanlar özləri bizə müraciət etdilər ki, ziyarətlərin siyahısına hacının məzarını da daxil edək. Buna qeyri-adi şəkildə yanaşılmasını, böyüdülməsini istəmərik”.

  • Zamina Elturan
    Mart 8, 2023 - 17:41

    Allah Hacı Şahinin ruhunu şad etsin.Çox adamların ürəyində Allaha məhəbbət yaranmasına səbəbkar oldu.Dini moizələrinin işığında müqəddəslərimizə ehtiram hissi aşıladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*