Hava limanında 7,5 milyon dollarlıq helikopter oğurlandı – FOTObackend

Hava limanında 7,5 milyon dollarlıq helikopter oğurlandı - FOTO

ABŞ-ın Kaliforniya ştatında naməlum şəxs 7,5 milyon dollarlıq helikopteri oğurlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, oğurluq zamanı helikopter qəzaya uğrayıb.

Polis şübhəlinin hadisə yerindən qaçdığını və heç kimin xəsarət almadığını bildirib.

Məlumata görə, oğurlanmış “Bell 429” helikopteri “Capitol Helicopters” şirkətinə məxsus olub.

Qeyd olunub ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisə ilə bağlı araşdırma aparır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*