Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib.
Görüşdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər.
KONKRET.az xəbər verir ki, görüşün sonunda Lord Con Filip Braun ulu öndər Heydər Əliyevlə olan xatirə fotosunu dövlət başçısına təqdim edib.