Hindistan generalı Azərbaycan Ordusu haqda – “Tank bölmələrimiz bu döyüşlərdən nəticə çıxarmalıdır”backend

Hindistan generalı Azərbaycan Ordusu haqda - "Tank bölmələrimiz bu döyüşlərdən nəticə çıxarmalıdır"

Qarabağda gedən döyüşlərin müasir hərb tarixinə yazılacağı artıq aydındır. Bu döyüşlərdə Azərbaycan ordusunun düşmənə qarşı müxtəlif tipli çoxsaylı dronlar, o cümlədən kamikadze-dronlar tətbiq edərək onun canlı qüvvəsini və texnikasını məhv etməsi yeni müharibə taktikası kimi Pentaqonda da təhlil edilir.

KONKRET.az xəbər verir ki, Hindistan hərbi mütəxəssisləri də bu döyüşləri diqqətlə izləyib təhlil etməkdədir.

Hindistan Çinlə həmsərhəd mübahisəli Şərqi Ladakx yüksək dağlıq regionunda tanklarla gücləndirilmiş kifayət qədər güclü ordu qruplaşması yerləşdirib. Həmin regionda Çin ordusunun yüngül Type15 tanklarına qarşı Hindistan ordusunun T-72 və T-90 tankları dayanıb. Lakin indi Qarabağda gedən döyüşləri izləyəndə hindistanlı hərbi ekspertlər deyirlər ki, belə landşaft şərtlərində tanklar havadan ilk növbədə pilotsuz təyyarələr üçün əlçatan hədəfə çevrilir.

Hindistanın Şimal ordusunun keçmiş komandanı, general-leytenant D.S.Xuda qeyd edir ki, Dağlıq Qarabağda tankların tətbiq edilməsi şərtləri Ladakxdakı şərtlərə oxşayır.

 

“Azərbaycan hərbçiləri həm müşahidə, həm hücum üçün çoxsaylı dronlar istifadə edir. Bunlar həm də dron-kamikadzelərdir. Onlar sadəcə olaraq döyüş meydanı üzərində fırlanır, hədəfi müəyyən edir, məsələn tankı, və ona yuxarıdan hücum edərək məhv edir. Azərbaycan qoşunları Türkiyə və İsrail pilotsuz uçuş aparatlarından istifadə edir, son illərdə bu ölkə çoxsaylı dronlar alıb”, – general deyib.

Hindistan generalı qeyd edib ki, zərbə və kəşfiyyat dronlarının kütləvi tətbiq edilməsi zamanı tankların rolu daha az nəzərə çarpır. İstənilən tank, hətta ən müasir tank güclü havadan müdafiə sistemi qurulmadan açıq hədəfə çevrilir. General hesab edir ki, bu münaqişə gələcək müharibələrdə tankların roluna dair suallar yaradır. Ona görə də Hindistan ordusunun tank bölmələri Qarabağda gedən döyüşlərin formatından dərs çıxarmalıdır.

Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*