Hindistan və Yaponiya hərbi təlimlərə başladıbackend

Hindistan və Yaponiya hərbi təlimlərə başladı

Hindistan və Yaponiyanın quru qoşunları bölmələri Mahacan hərbi bazasında (qərbi Racastan ştatı) taktiki təlimə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times of İndia” məlumat yayıb.

Martın 9-dək davam edəcək təlimlərin məqsədi iki ölkə hərbçilərinin döyüş əməkdaşlığının gücləndirilməsi və birgə əməliyyatlar zamanı qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir. Təlimlərdə Yaponiya Silahlı Qüvvələrinin 34-cü piyada alayının və Hindistanın “Rajputana Tüfəngləri” ordu batalyonunun əsgərləri iştirak edir.

Qəzet Hindistanın Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazır: “Dharma Guardian təlimləri Hindistan və Yaponiya arasında müdafiə tərəfdaşlığını gücləndirəcək, həmçinin hər iki ölkə ordusunun döyüş bacarıqlarını artıracaq”.

Qeyd edək ki, 2015-ci ildən Yaponiya Avstraliya, Hindistan və ABŞ tərəfindən keçirilən Malabar dəniz təlimlərinin daimi iştirakçısına çevrilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*