Hüseynbala Mirələmov vəzifəsindən AZAD EDİLDİ – YENİLƏNİBbackend

Hüseynbala Mirələmov vəzifəsindən AZAD EDİLDİ - YENİLƏNİB

“Biz də bu hadisə barədə görüntüləri əksəriyyət kimi sosial şəbəkələrdə gördük və izlədik”.

KONKRET.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov ADNSU-nun kafedra müdiri Hüseynbala Mirələmovla bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.

Sözçü bildirib ki, görüntülər yayıldıqdan sonra Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib:

“O, bu gün səhər öz ərizəsi ilə işdən azad olunub”.

Qeyd edək ki, ötən gün sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılıb. O, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri idi. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir.

***

11:33
Ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin kafedra müdiri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb.

Bu videodan sonra cəmiyyəti ən çox maraqlandıran sual Hüseynbala Mirələmovla bağlı hansı qərarın veriləcəyidir.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı ADNSU-nun mətbuat katibi Bəhruz Nəzərov azxeber.com-a açıqlamasında deyib ki, bu haqda universitet rəsmi açıqlama verəcək:

“Biz də sizin kimi dünən sosial şəbəkə vasitəsilə bu haqda məlumat almışıq.Bu haqda universitet öz qərarını verəcək. Gün ərzində mətbuata bu haqda rəsmi açıqlama veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*