“İran Rusiyaya silah satmayacağına təminat verib”.
KONKRET.az xəbər verir ki, bu barədə xarici işlər naziri Dmitri Kuleba iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığından sonra Twitter-də yazıb.
İran Ukraynaya qarşı müharibə üçün ortaqlar vasitəsilə Rusiya Federasiyasına silah tədarük etməyəcək.
“İran Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşıdır və mövcud münaqişənin diplomatik həll yolunu dəstəkləyir. Xarici işlər naziri Abdullahiana İran şirkətlərinin köməyi ilə Rusiyaya silah tədarükü ilə bağlı ittihamları təkzib etdiyinə, eləcə də Ukraynaya tibbi heyət göndərdiyinə görə minnətdaram”, – deyə Kuleba bildirib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, ruslar ölkənin siyasi rəhbərliyinin razılığı ilə sanksiyaya məruz qalan, o cümlədən hərbi malların Gürcüstan ərazisindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün kanal yaradırlar.
Gürcüstanda da əmindirlər ki, Rusiya Federasiyasına sanksiyalardan yan keçməyə kömək etmirlər.
Xuraman Etibarlı,
KONKRET.az
