İranın kontr-admiralı hərbçilərimizin döyüş hazırlığı ilə maraqlandı – FOTObackend

İranın kontr-admiralı hərbçilərimizin döyüş hazırlığı ilə maraqlandı - FOTO

Azərbaycanda səfərdə olan İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Azərbaycan HDQ-nin “N” hərbi hissəsini ziyarət edib.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi instituta gələn nümayəndə heyəti əvvəlcə Ümummilli Lider Heydər Əliyevin institutun ərazisindəki abidəsi önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib

Qonaqlara hərbi institutun yaranma tarixi və fəaliyyəti ilə bağlı brifinq təqdim olunub.

Müxtəlif kafedralar və kursantların tədris prosesi ilə tanışlıqdan sonra iranlı nümayəndələrə HDQ-nin “N” hərbi hissəsində şəxsi heyətlə keçirilən döyüş hazırlığı tədbirləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*