İvanka Tramp Şahzadə Hüseynin toyundan FOTO paylaşdıbackend

İvanka Tramp Şahzadə Hüseynin toyundan FOTO paylaşdı

ABŞ-ın keçmiş prezidenti Donald Trampın böyük qızı kral toyunda iştirakı ilə öyünüb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, İordaniya kralı II Abdullahın böyük oğlu vəliəhd Hüseyn və Racva Əl Seyfin toy mərasiminə dəvət olunanlar arasında Donald Trampın böyük qızı İvanka və əri Jared Kuşner də olub.

İvanka Tramp toy fotosunu sosial şəbəkədə paylaşıb.

Tədbir üçün İvanka Tramp uzun qollu və uzun ətəkli mavi ipək paltara üstünlük verib. Onun əri kral nikah mərasiminə smokinqdə ağ jilet və ağ qalstukda qatılıb.

“Vəliəhd Şahzadə Əl Hüseyn bin Abdullah və Şahzadə Racva Əl Hüseynini gözəl toyları münasibətilə təbrik edirik. Qoy onların birgə həyatı bol sevgi, sağlamlıq və xoşbəxtliklə bərəkətli olsun”, – ABŞ-ın keçmiş prezidentinin böyük qızı sosial şəbəkədə yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*