Kim Çen İnin zirehli qatarı – FOTOLARbackend

Kim Çen İnin zirehli qatarı - FOTOLAR

Şimali Koreya lideri Kim Çen İn Rusiya Prezidentinin dəvəti ilə Primorsk diyarına gəlib. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, siyasətçilər təkbətək danışıqlar aparacaq. KİV-in məlumatına görə, Kim Çen İn sentyabrın 10-da axşam saatlarında Pxenyanı tərk edib. O, Rusiyaya özünün dəbdəbəli zirehli qatarı ilə yola düşüb.

Şimali Koreya liderinin qatarı haqqında nə məlumdur?

KONKRET.az “Kommersant” qəzetinə istinadən qatar haqqında məlum olanları diqqətə çatdırır.

Kim ailəsinin üç nəsli xüsusi zirehli qatarlarda səyahət edib. KXDR-in hazırkı liderinin babasına ilk vaqonu İosif Stalin hədiyyə edib. Həmin vaxt qatar tipik yüksək vəzifəli sovet məmuru üslubunda mobil ofis idi.

Onun oğlu Kim Çen İr strukturu modernləşdirib, qatarda plazma panelləri, işıq divarları, peyk rabitəsi və iş masasında “MacBook” yerləşdirilib. Qatarda mühafizə üçün ayrıca vaqon, restoran və rahat yataq otağı var idi. Ümumilikdə 20-yə yaxın vaqon var.

Amerika kəşfiyyatının məlumatına görə, Kim Çen İrin altı belə qatarı olub və o, Rusiyaya üç dəfə gəlib. Amma onun oğlu, hazırkı Şimali Koreya lideri Kim Çen İn qatarla cəmi bir dəfə – 2019-cu ildə Rusiyaya gəlib.

Mətbuatda KXDR liderinin son səfəri maraqlı bir hadisə ilə yadda qaldı. Belə ki, vağzalın girişində mühafizəçilər qonağın yola düşmək üzrə olduğu vaqonu təmizləməyə başlayıblar. “Bu anlarda köməkçilər qapını silir, çox güman ki, Kim Çen In həmin qapıdan çıxacaq. Zirehli qatar Vladivostok stansiyasına çatır. Qatar maşinisti çox çətin bir vəzifə ilə üzləşib – Şimali Koreya liderinin çıxacağı qapılar mütləq qırmızı xalçaya düşməli idi”, jurnalistlərdən biri qeyd edib. Ancaq, bunu etmək mümkün olmadı və qatar geri qaytarılıdı.

Mətbuatın yazdığına görə, Kim Çen İn səfərə bu kimi lazımsız diqqəti cəlb etməmək üçün bazar günü axşam yola düşüb. Pxenyandan Vladivostoka qədər marşrut təxminən 20 saat çəkir. Lakin zirehli qatarın gəlişinin dəqiq vaxtı məlum deyil. Nəzərə almaq lazımdır ki, hətta Kim Çen İnın atasının dövründə də ağır zirehlərə görə bu qatar 60 km/saatdan çox olmayan sürətlə hərəkət edirdi.

Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun Koreya Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi Konstantin Asmolov qeyd edir ki, onu zirehli qatar adlandırmaq tamamilə düzgün deyil, çünki qatarda əlavə mühafizə ilə gücləndirilmiş yalnız bir neçə vaqon var.

Qatarda Kim Çen İnın qara rəngdə zirehli “Mercedes-Benz” avtomobili də var. Maşın xüsusi vaqonda daşınır.//Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*