Koronavirus yer kürəsində əbədi qalacaq – Rus akademik ətraflı izah etdibackend

Koronavirus yer kürəsində əbədi qalacaq - Rus akademik ətraflı izah etdi

Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq Vitaliy Zverev, “Rusiya-1” kanalında efirə gedən “60 dəqiqə” verilişində yeni koronavirusun bəşəriyyətdə əbədi qalacağını dərk etməyə çağırıb:

“Başa düşməliyik ki, bu virus insanlara yaya, payıza qədər gəlməyib. İllərlə, bəlkə də əbədi olaraq gəlib. Yer kürəsinin 70 faiz əhalisi bu infeksiya ilə xəstələnəcək. Necə ki, qriplə, adenovirusla illərdir ki, yaşayırq, bu virusla da elə olacaq”.

KONKRET.az xəbər verir ki, virusoloq müxtəlif hesablamalara əsasən, daha çox insanın koronavirusa yoluxa biləcəyini ifadə edib. O, həmçinin, rusiyalıların COVID-19 testini geniş tətbiq edəcəkləri təqdirdə, yoluxanların sayının daha da çoxalacağını, bununla yanaşı koronavirusdan ölüm nisbətinin daha aşağı olacağını vurğulayıb.

Virusoloq, bundan əlavə, ABŞ-da koronavirus infeksiyası və qripdən ölüm nisbətlərini müqayisə edərək deyib ki, bu il ABŞ-da qrip epidemiyası “zəif” olsa da, yenə də amerikalılar koronavirusdan daha çox, qripdən ölüblər.

E-tibb.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*