Kreditini vaxtından əvvəl bağlayanların NƏZƏRİNƏ! – Bu hallarda sizdən həmin ayların da faizi TUTULACAQbackend

Kreditini vaxtından əvvəl bağlayanların NƏZƏRİNƏ! - Bu hallarda sizdən həmin ayların da faizi TUTULACAQ

Banklardan və bank olmayan kredit təşkilatlarından kredit götürən şəxslər faiz ödənişlərinin daha çox olmaması üçün borcunu imkan daxilində vaxtından əvvəl qaytarmağa çalışır. Bu məqsədlə borcalanların bəziləri aylıq ödənişlərinə əlavələr edir, bəziləri isə müddət başa çatmamış qalıq vəsaiti tam ödəməklə krediti bağlayır.

KONKRET.az xəbər verir ki, kredit götürənlərin bu niyyətləri yaxşı olsa da bəzi banklar və digər kredit təşkilatları onların istəklərini boşa çıxarırlar.

Belə ki, müqavilədə göstərilən müddətdən tez borcun qaytarılmasına baxmayaraq, hesablanan faizlər borcalandan tam məbləğdə alınır. Bu cür tələblər kredit verənlərə əlavə qazanc gətirsə də kredit götürənlərdə ciddi narazılıq yaradır.

Bəs bankların və digər kredit təşkilatlarının borcalanlardan əlavə faiz məbləğini almaq hüququ varmı?

Məsələ ilə bağlı saytımıza açıqlama verən bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov qeyd etdi ki, kreditlərə görə faizlərin hesablanması və ödənişi qaydası fərdi müqavilədə öz əksini tapır. Ekspert bildirdi ki, əgər müqavilədə xüsusi şərt yoxdursa, kredit verənin borcalandan yekunda əvvəldən hesablanan faizlərin hamısını alması doğru deyil.

“Amma müqavilədə belə bir şərt varsa, kredit götürənin faizləri tam ödəməkdən başqa yolu qalmır”, – deyən Ə.Həsənov bir qayda olaraq bu cür xüsusların fiziki şəxslərlə bağlanan kredit müqavilələrində öz əksini tapmadığını söylədi:

“Bir qayda olaraq fiziki şəxslərə verilən kreditlər vaxtından əvvəl bağlandıqda həmin tarixə qədər yaranan faiz borcu alınır, müqavilədə göstərilən müddətə görə hesablanan faizlər alınmır”.Sfera.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*