Məmurların maaşının artırılması haqqında fərman niyə gizli saxlanılır? – FOTObackend

Məmurların maaşının artırılması haqqında fərman niyə gizli saxlanılır? - FOTO

Ötən il rəhbər vəzifələrdəki məmurların maaşı kəskin artırılıb.

KONKRET.az xəbər verir ki, BBC Azərbaycanca-nın araşdırmasında belə deyilir.  Araşdırma müəllifləri internetdə yerləşdirilməyən maaşlarla bağlı fərmanı prezident kitabxanasındakı qanunvericilik toplusunda tapıblar.

“Baş nazir və dövlət qurumlarında yüksək vəzifə tutan şəxslərin də maaşı gözə dəyəcək qədər artıbmış, BBC Azərbaycancanın müxbiri maaş artımını göstərən 1609 nömrəli fərmanla Prezident kitabxanasında, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nun 2022 mart, 3 saylı nəşrində tanış olub.

Həmin fərman inernet resurslarına yerləşdirilməyib, sadəcə, 2004-cü il eyni adlı fərmanda qeyd olunub ki, 1 mart 2022-cü il tarixli 1609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “1-4-cü və 6-ci hissələr ləğv edilib”. Araşdırmada belə deyilir.

“1 mart 2022-cü il tarixli 1609 nömrəli Fərmana görə, Baş nazir, müavinləri, nazirlər, onların müavinləri və digər yüksək vəzifə sahiblərinin maaşları diqqət çəkən məbləğlər həcmində dəyişib. Məsələn, Baş nazirin 2018-ci ildə 2460 manat olan vəzifə maaşı indi 3690 manatdır. Üstəlik, 1609 nömrəli Fərmana görə, o, vəzifə maaşının iki misli həcmində əlavə alır. Bu isə vergilərsiz və digər tutulmalar olmadan təxminən 11 min manat edir”.

  • xəyal
    İyun 19, 2023 - 03:23

    28 yaşım varım bir iş sahibi deyiləm subayam iş tapa bilmirəm bunlar hansı işlərinə görə o pulu alırlar yatırıq e

  • Ayaz
    İyun 19, 2023 - 13:28

    Azdi vallah birezde elave etmey lazimdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*