Məşhur reperə BNA-da yüksək VƏZİFƏ VERİLDİ – FOTO – YENİLƏNİBbackend

Məşhur reperə BNA-da yüksək VƏZİFƏ VERİLDİ - FOTO - YENİLƏNİB

Bakı Nəqliyyat Agentliyi tanınmış reperə vəzifə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Agentliyin Mətbuat katibi Mais Ağayev KONKRET.az-a açıqlamasında faktı təstiqləyib.

O bildirib ki, Fərid Eminov Bakı Nəqliyyat Agentliyində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə baş mühəndis vəzifəsində çalışır: “Hər bir əməkdaş kimi Fərid bəylə də işə qəbul zamanı müvafiq müsahibə aparılıb. Onun çalışdığı sahə üzrə bilik və bacarıqları müvafiq qaydada yoxlanılıb”.

***

 11:36

Qurd ləqəbi ilə tanınan məşhur reper Fərid Eminova Bakı Nəqliyyat Agentliyində vəzifə verilib.

KONKRET.az index.az-a istinadən xəbər verir ki, F. Eminova Agentlikdə Sağlamlıq,Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə şöbənin rəhbəri təyin edilib.

BNA-dan bu məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, öz fəaliyyətinə 2000-ci ildə “Dəyirman” qrupunda başlayıb. İlk albomu (kaset) 2001-ci ildə “Allahım” olub. 2005-ci ildə “Klan-A-Plan” qrupu yaradılıb və bu qrupun üzvü olub. “Klan-A-Plan” qrupu öz fəliyyətini 2012-ci ildə dayandırıb.
2007-2010 -cu illərdə öz rep fəaliyyətini tamamilə dayandırıb. 2010-cu ildə “Klan-A-Plan” qrupunun üzvü Rüfət Ryder rəhmətə gedəndən sonra 2010-2012 -ci illərdə öz fəaliyyətini yenidən bu qrupda davam etdirib. 2012-ci ildə qrup dağılandan sonra solo karyerasında öz məşhurluğunu qazanıb. Məşhur mahnıları “Rəqs edir hər kəs”, “Tapın Onu” , “Tək-tək” , ”Apar məni”, ”Kayfla yaşa ” , ”Tar ” , ”İlk öpüsh ” , ”Babat-babat ” , “Bana-Bana” , “Dincəleyşin” və.s .Qurd ölkənin müxtəlif bölgələrində böyük dinləyici kütləsi üçün solo konsertlər verib. Ən böyük konserti Naxçıvanda, ikinci ən böyük konserti Şəki şəhərində baş tutub – 6000 (altı min) dinləyici iştrak edib. Şəxsi Youtube kanalında 50 000 000-dan çox izlənməsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*