Xəbər verdiyimiz kimi, Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarov idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölüb.
Məşqçi M. Xəlilov hadisədən sonra saxlanılıb və barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
KONKRET.az xəbər verir ki, azyaşlının sosial şəbəkələrdə fotosu yayılıb. Həmin fotonu təqdim edirik:

Fərid,Allah o dünyanı versin.Əgər ölümünə məşqçin səbəb olubsa,o məşqçini edam etmək lazımdır ki,digərlərinə də ciddi dərs olsun.Videonu izlədim və məşqçinin sənə olan münasibəti ürəyimi ağrıtdı.Günahın nəydi?Sən idmana öyrənmək üçün gedirdin.Belə kobudrəftarlı müəllimlər son zamanlar özlərini göstərirlər.Təəssüf edirəm.Səni tanımıram və sən artıq bu dünyada yoxsan,Ruh halınla bütün olayları izləyib, məşqçinin cəzasız qalmayacağını biləcəksən.Rahat uyu,Cənnət mələyim.😢😢😢