Minalar məcburi köçkünlərin geri qayıtmasına mane olur – Prezidentin köməkçisibackend

Minalar məcburi köçkünlərin geri qayıtmasına mane olur - Prezidentin köməkçisi

Ermənistanın 30 ildir davam edən hərbi işğalı nəticəsində Azərbaycanın azad edilmiş əraziləri Ermənistan tərəfindən minalarla ciddi şəkildə çirkləndirilir.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.

“Minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular mülki vətəndaşlarımızın ölümünə və yaralanmasına səbəb olmaqda davam edir, yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına mane olur. Qurbanlar arasında uşaqlarla yanaşı, mülki şəxslər də var”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*