Mingəçevirdə körpə doğuş zamanı ÖLDÜ – YENİLƏNİBbackend

Mingəçevirdə körpə doğuş zamanı ÖLDÜ - YENİLƏNİB

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası körpə ölümünə aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, xəstəxananın Doğum şöbəsinin həkim-ginekoloqu Gülbəniz Musayeva “Unikal”a açıqlamasında körpənin ölüm səbəbini açıqlayıb: “Körpə qohum nikahından dünyaya gəlib. Doğuş zamanı körpənin ürək döyüntüsü vardı. Doğulandan sonra uşağın ağzından, burnundan qan gəlib və  dölündə çirkli maye müşahidə olunub. Bu uşağın ürək döyüntüsü olsa da nəzərə almaq lazımdır ki, qohum nikahlarında uşaqlar çox vaxt qüsurlu doğulur.Valideyin cütlük də xalauşaqlarıdır. Bu erkən ölümün birinci səbəbidir. İkinci əsas səbəblərdən biri də körpənin göbək ciyəsində düyün var idi.”

09:46

Mingəçevirdə doğuş zamanı  körpə ölümü qeydə alınıb.

KONKRET.az xəbər verir ki, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb. Belə ki, xəstəxananın Doğum şöbəsində Şəlalə Abdullazadənin dünyaya gətirdiyi körpə oğlan uşağının ölü doğulduğı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*