Nabiullina koronavirusu “Qara qu quşu” adlandırdıbackend

Nabiullina koronavirusu "Qara qu quşu" adlandırdı

Rusiya Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, koronavirus “Qara qu quşu”dır.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.

Onun sözlərinə görə, bu infeksiya Bankın əsas proqnozu üçün risk daşıyır.

Nabiullina qeyd edib ki, koronavirusun effektini qiymətləndirmək hələlik mümkün deyil, çünki çoxlu sayda qeyri-müəyyənliklər mövcuddur.

“Hər şey sürətindən asılı olacaq… epidemiyanın müddəti. Amma hazırda təsirin qiymətləndirilməsi əhəmiyyətsizdir”, — Nabiullina bildirib.

O hesab edir ki, bu infeksiyanı “Qara qu quşu” adlandırmaq olar.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxan şəhərində pnevmoniya baş verdiyini bəyan edib. Xəstəliyin törədicisi koronavirus “2019-nCoV”un yeni bir növüdür.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*