“PAŞA Həyat” və MEDİA tərəfindən jurnalistlər üçün təlim keçirildi – FOTObackend

"PAŞA Həyat" və MEDİA tərəfindən jurnalistlər üçün təlim keçirildi - FOTO

Martın 16-da “PAŞA Həyat Sığorta” ASC və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər üçün təlim təşkil olunub.

KONKRET.az xəbər verir ki, “Həyat sığortası nədir?” mövzusunda keçirilən təlimin əsas məqsədi jurnalistlərin sahə üzrə biliklərinin artırılması, həmçinin media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Novruz bayramı ərəfəsində təşkil olunan təlimdə çıxışçılar media nümayəndələrinin bayramını təbrik ediblər.

Açılış mərasimində çıxış edən “PAŞA Həyat”ın Korporativ kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov şirkət haqqında məlumat verib.

MEDİA-nın nümayəndəsi Pərvanə İbrahimova qurumun peşəkar və sahəvi jurnalistikanın inkişafı istiqamətində gördüyü işlərdən danışıb, həyat sığortası barədə ictimaiyyətin dolğun və düzgün məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb. Sonra “PAŞA Həyat” şirkətinin Marketinq Mərkəzinin rəhbəri Ruslan Ələkbərov həyat sığortası məhsulları, Anderraytinq və Qiymətləndirmə Departamentinin direktoru Bəhruz Hacıyev bu sahələr və Risklərin İdarəedilməsi Departamentinin direktoru Şahin Mahmudzadə sığorta riskləri haqda təqdimatla çıxış ediblər.

Təqdimatlardan sonra media nümayəndələri üçün “PAŞA Həyat” şirkətinin baş ofisinə infotur təşkil olunub. Sonda jurnalistlərə hədiyyələr təqdim edilib.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*