Paytaxtın iki rayonunda qaz təchizatında fasilə olacaqbackend

Paytaxtın iki rayonunda qaz təchizatında fasilə olacaq

Sabah Bakının iki rayonunun təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə KONKRET.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan Digah” magistral qaz kəmərində 14.04.2022-ci il tarixdə saat 09:00-dan təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Suraxanı və Sabunçu rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*