Ukrayna-Rusiya müharibəsi haqqında bir qrup jurnalistə açıqlama verən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi Rusiyanın Donbas bölgəsindəki hücumlarını dəyərləndirib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Rusiyanın müharibənin birinci mərhələsindəki səhvlərini düzəltməyə çalışdığını, lakin Donbasın alınmasının “qaçılmaz” olaraq görmədiklərini açıqlayıb.
Pentaqon rəsmisi Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya xarici işlər naziri Sergey Lavrovun Rusiyanın Donbas əməliyyatına başlaması ilə bağlı açıqlamalarına toxunub:
“Biz bu hücumların Rusiyanın həyata keçirməyi planlaşdırdığı daha böyük hücumun xəbərçisi olduğunu düşünürük”.
O, Rusiya quru qoşunlarının İzyumun cənub-qərbinə doğru irəliləməyə yeni başladığını, logistika və texniki təminat tələblərini tamamlamağa başladığını bildirib.
Pentaqon rəsmisi Rusiyanın son 24 saatda Ukraynanın şərqindəki Donbas bölgəsinə daha 2 taktiki batalyon göndərdiyini və bununla da bölgədəki rus batalyonlarının sayının 78-ə çatdırdığını bildirib.
O, Rusiyanın müharibənin ilk mərhələsindən səhvlərini düzəltməyə çalışdığını da ifadə edib.
