“Putin dünyadakı bütün koronaviruslara son qoydu” – Lukaşenkodan MARAQLI AÇIQLAMAbackend

"Putin dünyadakı bütün koronaviruslara son qoydu" - Lukaşenkodan MARAQLI AÇIQLAMA

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə bağlı maraqlı açıqlama verib.

KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, Lukaşenko Putinin bütün düyada koronaviruslara son qoyduğunu bildirib.

“Bunlar bitəndən sonra biz hər şeyi düşünməliyik. Vəziyyətin gərginləşməsi faktı da var. Amma bu kiməsə sərfəlidir. Dünən mən Putinə dedim ki, afərin sənə, müharibə müharibədir, lakin sən bir anda dünyada bütün koronaviruslara son qoydun, hamı sağaldı”.

Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Lukaşenko arasında görüş olub. Onlar  “Vostoçnı” kosmodromunda Start kompleksinin inşasına baxış keçiriblər.

Vəsilə İbrahim,

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*