“Putinin döyüş maşınını dayandırın!” – Britaniya Rusiyadan dəmir və polad idxalını QADAĞAN ETDİbackend

“Putinin döyüş maşınını dayandırın!” - Britaniya Rusiyadan dəmirpolad idxalını QADAĞAN ETDİ

Britaniya Rusiyadan dəmir və polad idxalını qadağan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin məlumatında deyilir.

Böyük Britaniya hökuməti Rusiya Federasiyasından dəmir və polad idxalını qadağan etmək qərarına gəlib. Məhdudiyyətlər kvant texnologiyaları və qabaqcıl materialların ixracına şamil edilir.

“Bugünkü elan sabah (14 aprel, cümə axşamı) parlamentdə dəmir-polad məmulatlarının idxalını, həmçinin kvant texnologiyalarının, qabaqcıl materialların və dəbdəbəli malların ixracını qadağan edən əsasnamənin qəbul edilməsindən əvvəldir”, – deyə məlumatda deyilir.

Qeyd olunur ki, bu qərar “Putinin döyüş maşını” üçün əsas gəlir mənbələrinə yönəlib. Qadağa aprelin 14-dən etibarən qüvvəyə minəcək.

  • “Sabahdan (14 aprel – red.) biz Rusiyaya dəmir və poladının idxalını, həmçinin Putinin çox ehtiyac duyduğu kvant texnologiyalarının və qabaqcıl materialların ixracını qadağan edirik. Biz Putinin ”müharibə maşını”nı dayandırmaq missiyamızda qərarlıyıq”, – deyə Britaniyanın xarici işlər naziri Liz Trass vurğulayıb.

Xəbər verdiyimiz kimi, aprelin 8-də Aİ Rusiyaya qarşı avqust ayından kömürünün alınmasına və rus gəmilərinin Aİ limanlarına daxil olmasına qadağa qoyulmasını nəzərdə tutan beşinci sanksiyalar paketini təqdim edib. Belarus və Rusiyaya daşınmalar da qadağandır, lakin müəyyən mallar üçün istisnalar var.

Xuraman Etibarlı, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*