Putinin nüvə təyyarəsi Peterburqa uçdu – Xəritəbackend

Putinin nüvə təyyarəsi Peterburqa uçdu - Xəritə

Rusiya Prezidenti Vladimir Putinin xüsusi uçuş dəstəsinin “Rossiya” TU-214PU təyyarəsi Vnukovodan Sankt-Peterburq istiqamətinə uçub.

KONKRET.az xəbər verir ki, bununla bağlı “Aqreqator Pravdı” Teleqram kanalı məlumat yayıb.

“Təyyarənin adındakı “PU” – “Punkt Upravleniya” (idarəetmə məntəqəsi) mənasını verir və “qırmızı düymə”nin özüdür”, – məlumatda qeyd olunub.

Kremlin sözcüsü Peskov isə bir neçə dəqiqə öncə Putinin Kremldə işini davam etdirdiyi haqqında açıqlama yayıb.

Qeyd edək ki, qiyama qalxan “Vaqner” döyüşçülərinin Rostov və Voroneji ələ keçirdikdən sonra Moskvaya doğru irəlilədiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*