Hazırda ailəsilə birlikdə İsraildə olan rusiyalı şoumen Maksim Qalkin ölüm cinayətilə bağlı yerli polis idarəsinə aparılması və dindirilməsi faktını təkzib edib.
KONKRET.az xəbər verir ki, aktyor “Facebook”dakı müraciətində Rusiya KİV-ini ölkə rəhbərliyinin sifarişilə onun barəsində yalan informasiya yaymaqda ittiham edib.
Qalkin hazırda özünün, həyat yoldaşı Alla Pupqaçovanın və övladlarının olduqca rahat və xoşbəxt həyat yaşadıqlarını, bütün işlərinin qaydasında getdiyini bildirib.
