Qapalı məkanlarda maska taxmaq ləğv ediləcək – İspaniyadabackend

Qapalı məkanlarda maska taxmaq ləğv ediləcək - İspaniyada

İspaniya hökuməti bu gün ölkədə pandemiya ilə əlaqədar tətbiq edilən maska  rejiminin aprelin 20-dən əhəmiyyətli dərəcədə yumşaldılacağı qərarını təsdiqləyib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Twitter” səhifəsində məlumat yerləşdirilib.

İndiyə qədər krallıq sakinlərindən bütün ictimai yerlərdə, o cümlədən mağazalar, kafelər, restoranlar və ya məktəblər kimi qapalı yerlərdə maska taxmaq tələb olunurdu.

Çərşənbə günündən etibarən maska taxılması xəstəxanalarda, qocalar evlərində, eləcə də ictimai nəqliyyatda məcburi olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*