“Qarabağ” – “Neftçi” matçında ara qarışdı – FOTObackend

“Qarabağ” - “Neftçi” matçında ara qarışdı - FOTO

Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” matçının sonlarına doğru gərgin anlar yaşanıb.

KONKRET.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin hesabı bərabərləşdirməsindən sonra baş verib.

Belə ki, “Neftçi” azarkeşləri “Qarabağ”ın qolundan sonra meydana protexniki vasitələr atıb.

“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili də petardanı götürərək “Neftçi” bayrağına doğru atıb.

Azarkeşlər gürcü qolkiperə etiraz əlaməti olaraq ona doğru yad əşyalar atmağa başlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*